A Seriyasında geridə qalan mövsümü 7-ci pillədə başa vurmuş “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Qoca sinyora”dan ayrılır.
Arena.az bu barədə jurnalist-insayder Maurisio Pistoçioya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Turin klubu tezliklə yeni məşqçi axtarışına başlayacaq. 55 yaşlı mütəxəssisin “Yuventus”la müqaviləsi 30 iyun 2025-ci il tarixinə qədər qüvvədədir.
Alleqrinin rəhbərliyi altında “Yuventus” 2022/2023 mövsümünü 62 xalla 7-ci sırada bitirib. “Qoca Sinyora” maliyyə feyr-pleyinin qaydalarını kobud surətdə pozduğu üçün məhkəməyə verilib və komanda milli çempionatda hesabından 10 xal silinməsi ilə cəzalandırılıb.
“Byankoneri” növbəti mövsümdə Avropa Konfrans Liqasında çıxış edəcək. Geridə qalmış mövsümdə “Yuve” Çempionlar Liqasının qrup mərhələsindən kənarda qalıb, daha sonra Avropa Liqasının yarımfinalına yüksəlib. Eləcə də Turin klubu İtaliya Kubokunun yarımfinalında mübarizəni dayandırıb.
Massimiliano Alleqri bundan əvvəl “Milan”, “Kalyari”, “Sassuolo”, “Udineze” və digər İtaliya klublarını çalışdırıb.


