Matteo Qabbiya “Milan”la yeni müqaviləyə imza atdı

İtaliyanın “Milan” klubu mərkəz müdafiəçisi Matteo Qabbiya ilə razılığa gələrək onunla müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti 2026-cı ilin yayına qədər idi.

Matteo Qabbiya “Milan”ın öz yetirməsidir. O, 2017-ci ildən klubun əsas komandasında forma geyinir. Bu mövsüm 8 oyuna çıxan futbolçu 1 qola da imza atıb.

Qabbiya “Milan”ın əsas komandasında bütövlükə 84 matç keçirib, 5 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub. Matteo “Lukkeze” və “Vilyarreal” klublarında icarədə də çıxış edib.

İtaliyanın U-21 yığmasının sabiq üzvü ölkəsinin U-20, U-19, U-18, U-17, U-16 və U-15 kollektivlərinin də formasını geyinib. Amma əsas yığmada debüt etmək Qabbiyaya qismət olmayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.