Matteys de Liqt AÇ-2024 ərəfəsində ailə həyatı qurdu

“Bayern”in və Niderland yığmasının mərkəz müdafiəçisi Matteys de Liqt AÇ-2024 ərəfəsində ailə həyatı qurub.

Arena.az məlumat verir ki, niderlandlı futbolçu bu barədə özünün sosial şəbəkə hesabları üzərindən məlumat paylaşıb.

Matteysin zövcəsi Anneki Molenardır. Toyun özü isə xanımın doğma kəndində baş tutub. Cütlüyün gələcəkdə “Toskanada böyük italyan toyu” keçirməyi nəzərdə tutduğu bildirilir.

Xatırladaq ki, Matteys de Liqt Niderland yığmasının heyətində AÇ-2024-də çıxış edəcək.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində baş tutacaq.

Niderland yığması mötəbər yarışda “D” qrupunda Polşa, Avstriya və Fransa yığmaları ilə mübarizə aparacaq.