Matyaj Kek İngiltərə ilə oyun haqda: “Bəxtimiz gətirdi”

Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda İngiltərə yığması ilə oyunu (0:0) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, sloven mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Ələmə mərhələsini yüksələcəyimizi gözləmirdim. Amma özümüzün layiqli oyunu ilə yarışın favoritlərindən biri ilə oyunla ələmə mərhələsinə çıxdıq.

İngiltərə yığmasının 90-cı dəqiqədə qol imkanı olsa da, Oblakın çox işi yox idi. Bu, taleyin öpüşü idi, bəxtimiz çaldı. Serbiya yığması ilə oyunda əskik olan bəxtimiz İngiltərə yığması ilə ilə oyunda gətirdi.

Futbolçularıma böyük iltifatla. Biz bu çətin qrupda zəiflər idik. İkinci hissədə əziyyət çəkdik, amma bu, İngiltərə yığması ilə oyun idi. Doqquz gündə belə yüksək səviyyədə üç çətin oyun keçirdik. Biz çoxdandır ki, belə bir oyunçu dəstəsinin ərsəyə gəlməsi intizarında idik. Xasiyyətə malik komandamız, ürəkli komandamız var. Oyun öncəsi futbolçuların güc-qüvvəsi bu oyunun vacibliyinə rəğmən, məni toxtatdı. Həm də azarkeşlər – bu, xüsusi bir məqamdır. Ölkə üçün nəsə etdik, insanlar birləşiblər. Biz kiçik ölkəyik, amma biz böyük idman ölkəsiyik”, deyə Matyaj Kek vurğulayıb.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “C” qrupunun yarış cədvəlində belə mənzərə yaranıb:

  1. İngiltərə – 5 xal
  2. Danimarka – 3 xal
  3. Sloveniya – 3 xal
  4. Serbiya – 2 xal

İngiltərə və Danimarka yığmaları yarışın 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar. İngilislər rəqiblərinin intizarında ikən, Danimarka yığması AÇ-2024-ün meydan sahibi Almaniya yığması ilə qarşılaşacaq. Sloveniya yığması isə böyük ehtimalla ələmə mərhələsinə yüksələcək 3-cü yeri tutmuş 4 ən yaxşı komanda arasında yer alacaq. Serbiya yığması isə Avropa çempionatı ilə vidalaşıb.