Maurisio Poçettino “Çelsi”dəki gələcəyinə aydınlıq gətirdi

“Çelsi”nin argentinalı baş məşqçisi Maurisio Poçettino London klubunun düşərgəsindəki gələcək taleyindən danışıb.

Arena.az xəbər verir ki, 52 yaşlı mütəxəssis artıq “Çelsi”nin növbəti mövsüm üçün planlar qurduğunu bildirib:

“Bu, o qədər də vacib deyil. Mənim üçün əsas odur ki, yalnız klub sahibləri deyil, hamı məndən razı olsun şərti ilə işləməyə davam edim. Onda hər şey yaxşı olacaq. Vəziyyət mənə də yaraşmaya bilər. Bəli, klub rəhbərliyi mənim haqqımda sabah da qərar çıxara bilər, amma təkbaşına getməyim də mümkündür. Bu işdə hər iki tərəf qərar verməlidir. Burada hər şey təyinatımdan əvvəl gözlədiyim kimi alınmır.

Artıq növbəti mövsümə hazırlığı planlaşdırırıq. Hətta bu məsələ ilə bağlı bir neçə görüş də keçirilib: biz qarşıdan gələn mövsümöncəsi tur məsələlərinə cavabdehik və gələcək üçün çalışırıq”, deyə “Poç” bildirib.

Xatırladaq ki, Maurisio Poçettino “Çelsi”ni 2023-cü ilin yayından çalışdırır. Onun bu klubla cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Argentinalı mütəxəssisin rəhbərliyi altında “zadəganlar” bütün yarışlarda 49 oyun keçiriblər, 25 qələbə, 10 heç-heçə və 14 məğlubiyyət yaşayıblar.

Poçettino “Çelsi”yə qədər PSJ, “Tottenhem”, “Sauthempton” və “Espanyol”u çalışdırıb.

İngiltərə Premyer Liqasında keçirdiyi 36 oyundan sonra “Çelsi” 57 xalla yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Belə görünür ki, “zadəganlar” milli çempionat üzərindən gələn mövsüm də avrokuboklarda iştirak imkanı əldə edə bilməyəcəklər.

Xatırladaq ki, “Çelsi” cari mövsümdə avrokuboklarda iştirak etməyib.