Maurisio Poçettino daha iki il PSJ-də!

Fransanın PSJ klubu baş məşqçi Maurisio Poççetino ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.

49 yaşlı argentinalı mütəxəssislə iki ilik yeni sözləşmə imzalanıb. O, 2023-cü ilin yayına qədər bu komandanı çalışdırmağa davam edəcək.

Xatırladaq ki, Maurisio Poççetino 2021-ci ilin yanvarından PSJ-yə rəhbərlik edir. Parislilər bu mütəxəssisin rəhbərliyi altında Fransa kubokunun və Fransa super kubokunun qalibi olublar. Komanda UEFA Çempionlar Liqasında ötən mövsüm yarımfinala qədər irəliləmişdi. Liqa 1-də isə PSJ ikinci yerlə kifayətlənib.

Poçettino daha öncə “Espanyol”, “Sauthempton” və “Tottenhem”də baş məşqçi işləyib.