İngiltərənin “Çelsi” klubunda baş məşqçi Maurisio Poçettino komandanın hücumçusu Kay Havertsin transferə çıxarılmasını istəmir.
Arena.az məsələni diqqətdə saxlayan jurnalist Ekrem Konura istinadən xəbər verir ki, Poçettino 23 yaşlı forvard üçün “Real”dan gələn ixtiyari təklifin qarşısını alıb.
Alman futbolçu 2020-ci ildən “zadəganlar”ın heyətində çıxış edir. London klubu Havertslə müqavilənin 2028-ci ilə qədər uzadılması üçün danışıqlar aparmağı planlaşdırır.
2022/2023 mövsümündə Haverts “Çelsi”nin heyətində 47 oyuna çıxıb, 9 qol və 1 məhsuldar ötürmə edib.
Futbolçunun London klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonunda başa çatacaq.
“Transfermarkt” internet-portalı Havertsi 60 milyon avro məbləğində dəyərləndirir.