ABŞ yığmasının yeni baş məşqçisi Maurisio Poçettino futbol tarixində ən çox maaş alan milli komanda çalışdırıcısıdır.
Arena.az bu barədə ESPN şəbəkəsinə istiadən məlumat verir.
Mənbənin məlumatına görə, argentinalı mütəxəssis ABŞ yığması ilə 2 il müddətinə imzaladığı müqaviləsi üzrə ildə 6 milyon avro məbləğində maaş alacaq.
Milli komandaların tarixində heç bir mütəxəssis daha əvvəl müvafiq məbləğdə maaş almayıb.
Əvvəlki rekord İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeytə (5,8 milyon avro) məxsus olub.
Xatırladaq ki, ABŞ yığması 2026-cı il FIFA Dünya Kubokunda ev sahibi ölkələrdən birinin təmsilçisi qismində iştirak edəcək. Digər iki ev sahibi ölkə isə ABŞ-ın şimal qonşusu Kanada və cənub qonşusu Meksikadır.
Xatırladaq ki, Maurisio Poçettinonun son iş yeri “Çelsi” olub. Argentinalı mütəxəssis cari ilin may ayının 21-də qarşılıqlı razılıq əsasında “zadəganlar”la əməkdaşlıq müqaviləsinə xitam verib.
Maurisio Poçettino “Çelsi”nin baş məşqçisi vəzifəsinə 2023-cü ilin yayında təyin edilmişdi. Bu müddət ərzində “Poç”un rəhbərliyi altında “zadəganlar” bütün yarışlarda 51 oyuna çıxıblar. “Çelsi” bu oyunların 27-də qalib gəlib, 10 heçə-heçə edib, 14 dəfə məğlub olub.
Poçettinonun “Çelsi”si 2023/2024-cü illər mövsümündə İngiltərə Premyer Liqasını 63 xalla 6-cı pillədə başa vuraraq, növbəti mövsümdə Konfrans Liqasında iştirak hüququ qazanıb.
Argentinalı mütəxəssis daha öncə İspaniyanın “Espanyol”, İngiltərənin “Sauthempton” və “Tottenhem”, həmçinin Fransanın PSJ klublarını da çalışdırıb.


