Maykl Olise – dünyanın ən yaxşı hücumameyilli futbolçusu

Almaniya nəhəngi “Bayern”in formasını geyinən fransalı vingeri Maykl Olise dünyanın ən yaxşı hücumameyilli futbolçusu seçilib.

Arena.az məlumat verir ki, Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzi (CIES Football Observatory) ən yaxşı hücumameyilli futbolçuların onluğunu açıqlayıb.

Syahının tərtibatı zamanı məqamların tamamlanması, driblinqin keyfiyyəti, meydanda qol vəziyyətlərinin yaradılması kimi meyarlar əsas götürülüb.

Siyahının zirvəsində “Bayern”in 23 yaşlı fransalı sağ cinah hücumçusu Maykl Olise yer alıb. Olisenin göstəricisi 88,5 bal təşkil edib.

İlk onluğu təqdim edirik:

Maykl Olise (“Bayern”) – 88,5 bal;
Lamin Yamal (“Barselona”) – 87,7 bal;
Florian Virts (“Bayer”) – 85 bal;
Vinisius Junior (“Real”) – 84,2 bal;
Usman Dembele (PSJ) – 83,6 bal;
Bukayo Saka (“Arsenal”) – 83,1 bal;
Məhəməd Salah (“Liverpul”) – 81,9 bal;
Savio (“Mançester Siti”) – 81,3 bal;
Dezire Due (PSJ) – 81 bal;
Noa Lanq (PSV) – 80,9 bal.

Əlavə edək ki, “Real”ın 26 yaşlı fransalı ulduz mərkəz hücumçusu Kilian Mbappe müvafiq hesabatın siyahısının 11-ci pilləsində yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: