“Maynts”la “Borussiya”dan heç-heçə

Futbol üzrə Almaniya Bundesliqasında 11-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında Mönhenqladbax “Borussiya”sı səfərdə “Maynts”ın qonağı olub. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Lider “Bayern” bu turda “Frayburq”u sınağa çəkəcək. “Volfsburq” “Auqsburq”la, “Ştutqart” isə “Arminiya” ilə qarşılaşacaq.

Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı səfərdə “Leyptsiq”lə münasibətlərinə aydınlıq gətirəcək.

Almaniya Bundesliqası
11-ci tur
5 noyabr

Maynts – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Vidmer, 76 – Noyhaus, 38.

6 noyabr

18:30. Bayern – Frayburq
18:30. Bohum – Hoffenhaym
18:30. Volfsburq – Auqsburq
18:30. Ştutqart – Arminiya
21:30. Leyptsiq – Borussiya (Dortmund)

7 noyabr

18:30. Herta – Bayer
20:30. Köln – Union Berlin
22:30. Qroyter – Ayntraxt

Xəbəri sosial şəbəkələrdə paylaş: