Mbappe: “AÇ milli ilə qazanmadığım yeganə qənimətdir”

Fransa yığmasının və “Real”ın hücumçusu Kilian Mbappe AÇ-2024-də milli komandanın heyətində qarşıdakı çıxışından danışıb.

Arena.az “TNT Sports” dərgisinə istinadən fransalı ulduz futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Bu, inanılmaz bir təcrübə olacaq. Ölkəmin tarixində bir fəsil yazmaq üçün daha bir fürsət. Mən hazır olacağam. Hər kəs bilir ki, Avropa çempionatını qazanmaq çox çətindir. Bütün komandalar çox güclüdürlər. Çılğın qrupumuz var, amma buna hazırıq. Avropa çempionatında qalib olmaq istəyirəm. Bu, milli ilə qazanmadığım hələ yeganə qənimətdir”, deyə Mbappe bildirib.

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Fransa millisi qitə birinciliyində Niderland, Avstriya və Polşa yığmalarının yer aldığı “D” qrupunda mübarizə aparacaq.