Mbappe: “Fransa millisi üçün ən yaxşı baş məşqçi…”

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe gələcəkdə “xoruzlar”ın sükanı arxasına ən yaxşı mütəxəssislə bağlı sualı cavablayıb.

Arena.az “Le Parisien” dərgisinə istinadən, Mbappenin müvafiq qənaətini təqdim edir:

– Didye Deşamın yeni davamçısının adı ərtafında çoxlu ehtikarlıq var. Sizin üsünlük verdiyiniz kimsə varmı?
– Bilmirəm. Sizin kimə eyham vurduğunuzu bilirəm, amma mən onun haqqında danışmayacağam, çünki bu, mənim işim deyil. Qərarları qəbul edən federasiya prezidenti var. Hamı Zinəddin Zidan haqda danışır. Biz futbolçular da mağarada yaşayıb ətrafda nələrin baş verdiyindən xəbərsiz olduğumuz görkəmdə görünmək fikrində deyilik. Amma bu haqda danışmaq bizim işimiz deyil.

– Olsun, Didye Deşam üçün mükəmməl davamçı haqda sizin təsəvvürünüz varmı?
– Zinəddin Zidan! Amma artıq əvvəl dediyim kimi, Buna Filipp Diallo (Fransa Futbol Federasiyasının (FFF) prezidenti – redaktorun qeydi) qərar verəcək, bu tapşırıq məhz ona aiddir. Görək, o, hansı meyarlara əsaslanacaq və hansı qərarı qəbul edəcək.

Xatırladaq ki, daha əvvəl Fransa yığmasının baş məşqçsi, fransız mütəxəssis Didye Deşam, 2026-cı ilin yayında, müqavilə müddətinin bitməsilə “xoruzlar”ın baş məqşçisi vəzifəsindən gedəcəyini açıqlayıb.

56 yaşlı Didye Deşam Fransa yığmasını 2012-ci ilin iyul ayından çalışdırır. Deşam “xoruzlar”ı 168 oyuna çıxarıb, 107 qələbə, 31 heç-heçə, 30 məğlubiyyət yaşayıb, topların fərqi isə 354:158 nisbətindədir. Deşam Fransa yığmasına 2018-ci il FIFA Dünya Kubokunu və 2020/2021-ci illər mövsümü UEFA Millətlər Liqasını qazandırıb.

Didye Deşamdan sonra “xoruzlar”ın baş məşqçisi vəzifəsinə fransalı mütəxəssis Zinəddin Zidanın təyin ediləcəyi haqda mətbuatda əsaslı fikirlər səslənir.