“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe Madrid “Atletiko”sundakı həmkarı Antuan Qrizmann haqda söhbət açıb.
Arena.az “Le Parisien” dərgisinə istinadən, Mbappenin müvafiq fikrini təqdim edir:
– Şayiələr dolaşır ki, siz Qrizmann ilə qonşuluqda yaşayırsınız…
– Bəli. Biz mütəmadi surətdə ünsiyyət qururuq. Mənə onun oğlu Amoro xoş gəlir – o, futbolun böyük pətəstişkarıdır, bir qədər mənə, uşaqlığımdakı özümü xatırladır. Ona məftunam! Demək olar ki, hər şey həqiqətən də mürəkkəb hal alıb, çünki biz komandalarımızınn başlıca rəqiblər olduğu eyni şəhərdə yaşayırıq. Amma mən sizi inandıra bilərəm ki, bizim, Antunala çox yaxşı münasibətimi var. O, məni öz evinə artıq bir neçə dəfə dəvət edib, özü də kababa. Amma bu, hələ baş tutmayıb, amma mütləq otucağıq. Biz onunla qonşuyuq axı…”, deyə Mbappe vurğlayıb.