PSJ və parislilərin fransalı keçmiş hücumçu Kilian Mbappe Peşəkar Futbol Liqasının Birləşmiş Apellyasiya Şurasının qarşısına çıxacaqlar.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Oktyabrın 15-də tərəflər Fransa nəhənginin ulduz futbolçuya olan 55 milyon avro məbləğində borcu ilə bağlı mübahisəni həll etməyə yenidən çalışacaqlar.
Mənbənin məlumatına görə, PSJ daha əvvəl, göstərilən məbləğin Mbappeyə ödənilməsi ilə bağlı Fransa Peşəkar Futbol Liqasının (LFP) hüquq komitəsinin qərarından apellyasiya şikayəti verib. Bu üzdən də indi tərəflər Birləşmiş Apellyasiya Şurasında görüşməli olacaqlar.
Xatırladaq ki, daha əvvəl “Ekip” nəşri Fransa Peşəkar Futbol Liqasının PSJ-ni bu məbləği ödəməyə məcbur edə bilməyəcəyi haqda məlumat verimişdi. Bununla belə, vurğulanırdı ki, qurum Fransa nəhənginə təsir məqsədilə cəzalar və cərimələr tətbiq etmək hüququna malikdir. Məsələn müvafiq tədbirlərdən biri PSJ-yə transfer qadağası ola bilər.