Mbappenin “Vilyarreal”la oyuna çıxması Deşamı təəccücləndirib

Fransa yığmasının keçmiş müdafiəçisi Patris Evra “Real”ın fransalı hücumçusu Kilian Mbappenin millidəki çıxışından danışıb.

Arena.az keçmiş futbolçunun bu barədə fikrini təqdim edir:

“Didye Deşam yox, bütün Fransa Mbappeyə çox şey verib. Siz ona PSJ-nin, Fransa yığmasının açarlarını verdiniz, amma Mbappe hələ gənc oyunçudur. Mən Mbappenin Maykl Cordan kimi olmasını, komandanın qalib gəlməsinə kömək etməsini istəyirəm”, deyə Evra vurğulayıb.

Yeri gəlmişkən, Fransa yığmasının baş məşqçisi Didye Deşam İspaniya La Liqasını 9-cu turunun “Vilyarreal”la ev oyununda (2:0) fransalı ulduz hücumçu Kilian Mbappenin “Real”ın heyətində meydana daxil olmasından sonra təəccübə qərq olub. Məsələ burasındadır ki, Deşam Mbappeni oktyabr ayında UEFA Millətlər Liqasının oyunları üçün Fransa yığmasına çağırmayıb ki, futbolçuya zədəsini sağaltmaq imkanı olsun.

Fransız mütəxəssisin bu qərarı Mbappe ilə razılaşdırılıb. Bununla belə, Deşam hücumçunun şənbə günü “Real”ın heyətində meydana çıxmasına təəccüblənib, Çünki Mbappe klub üçün oynadığı halda, yığma komanda üçün də oynaya bilərmiş.

Deşamın özü isə sentyabr ayının sonunda zədələnmiş Mbappenin sağalmasının ən azı üç həftə çəkəcəyini gözləyirdi.

Xatırladaq ki, Mbappe İspaniya La Liqasının 7-ci turu çərçivəsində “Alaves”lə ev oyununda (3:2) zədə almışdı. Fransalı ulduz qol vurduğu oyunun 80-ci dəqiqəsində əvəzlənməsini istəmişdi. Bu üzdən onun azı 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı vurğulanırdı. Amma La Liqanın 9-cu turunun “Vilyarreal”la ev oyununda Mbappe ilk dəqiqələrdən meydana çıxmış və 71-ci dəqiqədə əvəzlənmişdi.

Xəbəri istədiklərinizlə paylaşın