Mehdi Şabani “Sumqayıt”ı “Gəncə”yə dəyişdi

Cənubi Azərbaycandan olan basketbolçu Mehdi Şabani Azərbaycan Basketbol Liqasında komandasını dəyişməyə qərar verib.

Arena.az xəbər verir ki, 21 yaşlı hücumçu bundan sonra “Gəncə”nin formasını geyinəcək.

Bu barədə Gəncənin eyniadlı klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Mehdi Şabani mövsümün sonuna kimi “sarı-göylər”in şərəfini qoruyacaq. Gənc hücumçu 201 sm boya malikdir. O, çempionatın ilk yarısında “Sumqayıt”da çıxış edib.

Sonda onu da xatırladaq ki, hazırda Azərbaycan Basketbol Liqasında fasilə yaranıb. Çempionat milli komandanın oyunları səbəbindən dayanıb. Fasiləyə görə “Gəncə”nin üzvlərinə də 6 günlük istirahət verilib. “Sarı-göylər” məşqləri sabah – fevralın 16-da bərpa edəcəklər.