Mendilibar: “Bu andan zövq almaq gərəkdir, sonra düşünərik”

Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar komandasının Avropa Liqasının finalı çərçivəsində “Roma” üzərində qələbəsini şərh edib.

Arena.az “Marca”ya istinadən Mendilibarın fikirlərinin diqqətinizə çatdırır:

“Heç bilmirəm, indiyə qədər mən buna inanırammı, ancaq bu, məhz belədir – biz qəniməti qazandıq, bizə medalları təqdim etdilər və görünür, biz qalib gəldik, elə deyilmi? Düşünürəm ki, biz məzuniyyət götürəcəyik, mən bizim nə etdiyimiz haqda düşünməyə başlayacağam.

Klub mənə nə təklif edəcək? Baxarıq, nə baş verəcək. Bu andan zövq almaq gərəkdir, sonra, düşünürəm ki, biz nə isə müzakirə edərik. Mənə burada çox rahatdır, həmişə bunu demişəm”.

Xatırladaq ki, Mendilibarın rəhbərlik etdiyi “Sevilya” Avropa Liqasının finalında “Roma”nı penaltilər seriyasında 4:1 hesabı ilə məğlub edərək (əsas və əlavə vaxt: 1:1) yeddinci dəfə qənimətə sahib olmağı bacarıb.

Klub daha öncə 2006, 2007, 2014, 2015, 2016, 2020-ci illərdə Avropa Liqasının qalibi olub. Sevilya bu turnirdə iştirak etdiyi bütün finallardan qələbə ilə ayrılıb.