Rumıniyalı futbol mütəxəssisi Boqdan-Kornel Merişanu bundan sonra Azərbaycan təmsilçisi “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, “Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub. Boqdan-Kornel Merişanu bundan sonra paytaxt təmsilçisində atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Xatırladaq ki, Boqdan-Kornel Merişanu “Neftçi” üçün tanış simadır. O, 2022-ci ilin iyunundan 2023-cü ilin iyununa qədər məhz paytaxt klubunda çalışıb. Rumın mütəxəssis həmin dönəmdəki baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən olub. O, məşqçi kimi “Neftçi”dən başqa Rumıniyanın “Poli Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl-Vehda” (2018), “Əl-Əhli” (2021), “Əl-Tai” (2023-2024), Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniya U-21 milli komandasında (2016-2018) çalışıb.