Mert Çelik yenidən “Neftçi”də!

Futbol üzrə Azərbaycan millisinin Mert Çelik yenidən “Neftçi”yə qayıdıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 22 yaşlı futbolçunun “Neftçi”nin şərəfini qorumağa davam edəcəyi diqqətə çatdırılıb. Müqavilə ilə Türkiyənin “Başakşəhər” klubuna məxsus olan 22 yaşlı futbolçu icarə əsasında daha 1 il bu komandanın heyətində çıxış edəcək. O, 2 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Mert Çelik 2020-ci ilin sentyabrından etibarən “Neftçi”nin heyətində 38 oyun keçirib, 2 qol vurub. O, bu yay müqaviləsinin müddəti bitdiyi üçün “Başakşəhər”in düşərgəsinə qayıtmışdı.

“Neftçi” bu yay “Şamaxı” ilə icarə müqaviləsinin müddəti bitən Rəhman Hacıyevi də geri qaytarıb. Latviyanın “Dauqavpils” klubunda icarədə olan Asim Əlizadə də geri dönüb. Klub həmçinin Ataa Caber, Qodsvey Donyo, Kenni Sayef, Solomon Kvirkveliya və Yeqor Boqomolskini transfer edib. Xəyal Nəcəfov və Turan Vəlizadə ilə yeni müqavilə bağlayan paytaxt təmsilçisi onları “Turan Tovuz”a icarəyə verib. Hüqo Basto, Kamran İbrahimov, Emin Zamanov, Ramon Maçado, Tyaqo Bezerra və Fəhmin Muradbəyli ilə də yolların ayrılmasına qərar verilib.