Meşak Uboçioma “Qəbələ”də!

Macarıstanın “Kazintsbartsikai” klubunun nigeriyalı cinah hücumçusu Meşak Uboçioma bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun rəsmi saytına istinadən xəbər verir.

24 yaşlı nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Meşak Uboçioma müxtəlif illərdə “Zalaegerseq” (Macarıstan), “Nafta” (Sloveniya), “Livinqston”, “Dandi Yunayted” (hər ikisi Şotlandiya) kimi klublarda çıxış edb. Onun sonuncu klubu Macarıstan təmsilçisi “Kazintsbartsikai” olub. Sağ vinger bu komandanın heyətində 30 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə verib. Nigeriyalı futbolçu 2025-ci ilin avqust ayında müqavilə bağladığı klubdan bu yay azad agent kimi ayrılmışdı.

“Qəbələ” daha öncə Kouya Mabena, Natan Monzanqo və Karim Rossini də heyətinə qatmış, Səlahət Ağayevlə yeni müqavilə bağlamışdı. İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov, Sambu Sissoko, Murad Musayev, Adriel Ba Lua, Ceyhun Bağırzadə, Domi Massumu, Okan Təhməzli, Seydina Keyta, Eduardo Kunde və Emil Süleymanov isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: