Messi 8-ci “Qızıl topu”nu “Barselona”nın muzeyinə bağışladı

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi səkkizinci “Qızıl top”unu “Barselona”nın qənimətlər muzeyinə bağışlayıb.

Arena.az bu barədə “Footmercato” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, mükafat argentinalının hücumçunun daha əvvəl aldığı digər “Qızıl top”ların yanında saxlanılacaq. Messinin hazırda Kataloniya komandasında oynamamasına rəğmən, ulduz futbolçu mükafatları birlikdə toplamaq qərarına gəlib.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Argentinalı ulduzun amerikan kulubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. “Leo” “vağlar”la ötən il Liqalar Kubokunun qalibi olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.