Messi: “Dünya çempionu olmasaydıq, yığmadan gedəcəkdim”

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi bildirib ki, yığmada çıxışını davam etdirməsində DÇ-2022-də qələbə mühim olub.

Arena.az məlumat verir ki, “Big Time” podkastında müsahibəsi zamanı argentinalı ulduz 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında Argentina yığmasının qalib gələ bilməyəcəyi halda, milli komandada çıxışına son verəcəkmiş.

“Leo” həmçinin zəfər hisslərini sehrlə müqayisə etdiyini də etiraf edib:

“Dünya Kubokunu qazanmaq bizim, ailələrimiz və bütün ölkə üçün sehr idi, bu hisslər həyatımızın sonuna qədər bizimlə qalacaqlar. Əgər qəniməti qazanmasaydıq, yəqin ki, mən milli komandanı tərk edərdim, amma xoşbəxtlikdən bunu bacardıq və Argentinaya daha bir qalibiyyət qazandırdıq”, deyə ulduz futbolçu bildirib.

Xatırladaq ki, DÇ-2022-nin finalında Argentina yığması o vaxt cari çempion adını daşıyan Fransa yığması ilə qarşılaşıb. Əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatmış oyun argentinalıların oyunsonrası penaltilər silsiləsində 4:2 hesablı qələbəsi yekunlaşıb. Messi isə finalda dübarə qolla fərqlənib və oyunun ən yaxşı oyunçusu seçilib.