ABŞ klubu “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi MLS-də ardıcıl dörd oyunda qol vurmaq seriyasını dayandırıb.
Arena.az xəbər verir ki, 39 yaşlı futbolçu müntəzəm çempionatın “Nyu-York Siti” ilə görüşündə (2:0) fərqlənə bilməyib.
Bununla belə, Messi komanda yoldaşlarından birinin qoluna məhsuldar ötürmə verib.
Beləliklə, argentinalı ulduz ardıcıl 11-ci oyunda məhsuldar fəaliyyəti ilə yadda qalıb.
Messi cari MLS mövsümündə 26 oyunda 23 qol vurub və 14 məhsuldar ötürmə verib.
“İnter Mayami” 29 oyundan sonra 52 xal toplayıb və Şərq Konfransının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
Komanda növbəti turda oktyabrın 18-nə keçən gecə “Atlanta Yunayted”lə qarşılaşacaq.


