2009-cu ildən bəri dünyanın aparıcı çempionatlarında oyunun ən yaxşı oyunçusu seçilmiş futbolçuların siyahısı açıqlanıb.
Arena.az məlumat verir ki, müvafiq siyahı Fransanın “PopFoot” nəşri tərəfindən tərtib edilib və nəticələr rəqəm və faiz nisbəti ilə əks edilib.
Siyahıya “İnter Mayami”nin argentinalı ulduzu, 36 yaşlı hücumçu Lionel Messi başçılıq edir. “Leo” “Barselona” və PSJ ilə müvafiq olaraq İspaniya La Liqasında və Fransa Liqa 1-də ümumilikdə 628 oyun keçirib və onlardan 324-də (51,6%) oyunun ən yaxşısı adını qazanıb.
2-ci pillədə İngiltərə Premyer Liqası, İspaniya La Liqası və İtaliya A Seriyasında ümumilikdə 612 oyun keçirmiş, “Əl-Nəsr”in 39 yaşlı portuqal ulduzu, veteran hücumçu Kristiano Ronaldo qərarlaşıb. Ronaldo “Mançester Yunayted”, “Real” və “Yuventus”un heyətində ümumilikdə keçirdiyi 612 oyunun 176-da (28,8%) oyunun qəhrəmanı seçilib.
İlk üçlüyü İspaniya və Fransa çempionatlarında müvafiq olaraq “Barselona” və PSJ-nin heyətində keçirdiyi 336 oyundan 90-da oyunun ən yaxşısı seçilmiş, “Əl-Hilal”ın 32 yaşlı braziliyalı ulduzu, hücumçu Neymar qapayır.
Oyunun ən yaxşı oyunçusu adının ən çox qazanmış futbolçuların onluğunu təqdim edirik:
- Lionel Messi (“Barselona”, PSJ) – 51,6% (628 oyundan 324 oyun);
- Kristiano Ronaldo (“Mançester Yunayted”, “Real”, “Yuventus”) – 28,8% (612/176);
- Neymar (“Barselona”, PSJ) – 26,8% (336/90);
- Zlatan İbrahimoviç (“Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted”) – 24,2% (396/96);
- Kilian Mbappe (“Monako”, PSJ) – 24% (342/82);
- Erlinq Haland (“Borussiya” (Dortmund), “Mançester Siti”) – 21,5% (181/39);
- Harri Keyn (“Tottenhem”, “Bayern”) – 21,2% (463/98);
- Aryen Robben (“Bayern”) – 20,3% (281/57);
- Kevin de Bröyne (“Verder”, “Çelsi”, “Volfsburq”, “Mançester Siti”) – 19,3% (446/86);
- Eden Hazard (“Lill”, “Çelsi”, “Real”) – 19,2% (520/100).


