“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi ispan mütəxəssis Xosep Qvardiolanın müasir futbola necə zərər vurduğu haqda danışıb.
Arena.az “Sportskeeda” dərgisinə istinadən, Messinin müvafiq açıqlamasını təqdim edir:
“Qvardiola – ayrı aləmdir. O, kimsənin görmədiyini görür. O, futbolu dəyişib. Hamı bizi təqlid etməyə çalışırdı. Əslində, bununla o, qeyri-iradi olaraq oyuna zərər vurub: adamlar, elə, bizim “Barselona” kimi oynamağa çalışırdılar, amma bunu necə etməyi bilmədən. Bizim, yarımmüdafiədə, Xavi, İnyesta və Busketslə xüsusi komandamız vardı. Məşqçi və oyunçuların mükəmməl vəhdətindən ibarət”, deyə “Leo” vurğulayıb.