Fransa çempionu PSJ-nin argentinalı ulduz hücumçusu Lionel Messi yaxın günlərdə özünün gələcəyi ilə bağlı qərara gələcək.
Arena.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabrisio Romano özünün “Twitter” hesabında məlumat verib.
Mənbədən alınmış məlumata görə, argentinalı futbolçu bir neçə gündən sonra öz gələcəyi ilə bağlı açıqlama verəcək.
Hücumçu özünün gələcək klubunu mümkün qədər tez müəyyən etmək istəyindədir.
Bir müddət əvvəl Messinin yay transfer pəncərəsində PSJ-ni böyük ehtimalla tərk edəcəyi haqda məlumat yayılmışdı. Messi “Barselona”, “Əl-Hilal” və İngiltərə Premyer Liqasından adı çəkilməyən bir klubun maraq dairəsindədir.
Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub. Ulduz futbolçu mövsüm ərzində 40 dəfə parislilərin heyətində meydana çıxıb, 21 qola və 20 məhsuldar ötürməyə imza atmaqla komandasının Fransa çempionu adını qazanmasında böyük pay sahibi olub.