Messili “İnter Mayami” yeni oyun dəstini təqdim etdi

MLS təmsilçisi “İnter Mayami” klubu komandanın 2024-cü ildə geyinəcəyi yeni ev oyun dəstini ictimaiyyətə təqdim edib.

Arena.az məlumat verir ki, təqdimat Messinin nümunəsində həyata keçirilb və rəsmi sayt vasitəsilə elam edilib.

Yeni forma Cənubi Floridada yerləşən klubun ikililiyini təcəssüm etdirir. “İnter Mayami”, Mayami və Fort-Loderdeyldə yerləşir, çəhrayı və qara rəngləri daşıyır. Köynənin ön tərəfində isə tac və lövbər əks edilib.

Xatırladaq ki, Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Argentinalı futbolçunun amerikan kulubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. “Leo” “vağlar”la ötən il Liqalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.