Amerikan teleaparıcı Brayan Kilmid argentinalı ulduz hücumçu Lionel Messinin ingiliscə danışa bilməməsini qabardıb.
Arena.az xəbər verir ki, Kilmid bu haqda “Fox News” telekanalının efirində danışıb:
“Narahat olduğum tək şey onun ingilis dilində danışa bilməməsidir və mən onun götürüb danışmasını istəyirəm. Devid Bekhem haqqında bir əhvalat: o, ingiliscə danışmağı bizim xətrimizə öyrəndi, amma ləhcə ilə”, deyə Kilmid amerikan və Britaniya ingiliscəsi arasındakı məqamlar əsasında zarafatyana incə eyham vurub.
Xatırladaq ki, Messi azad agent qismində MLS-də çıxış edən “İnter Mayami”yə keçib. Argentinalı ulduz “Barselona”ya keçmək istəyində olsa da, bu keçidin gerçəkləşmədiyini görüncə, qərarını yubatmadan ABŞ variantı üzərində saxlayıb.


