“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt “zadəganlar”ın yeni mövsüm üçün hazırlıq prosesində iştirak etməyə hazırdır.
Arena.az bu barədə “The Telegraph”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, ingilis yarımmüdafiəçi “zadəganlar”ın yeni baş məşqçisi Maurisio Poçettino ilə danışacaq və onu çox çalışıb komandaya kömək etməyə hazır olduğuna inandıracaq. Bununla belə, ümumiyyətlə Mauntun mövqeyi dəyişməz olaraq qalır: o, ya “Çelsi” ilə müqaviləsini yeniləməli, ya da gələn yay azad agent qismində klubdan havayı ayrılmalıdır.
2022/2023 mövsümündə Maunt “Çelsi”nin heyətində 35 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə verib.
Mauntun “Çelsi” ilə müqaviləsi 2024-cü ilin iyunun sonunda başa çatacaq.
“Transfermarkt” internet-portalı Meyson Mauntu 60 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl “Mançester Yunayted”in Maunt üçün danışıqlardan geri çəkilmədiyi haqda məlumat yayılıb.