“Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçisi Meyson Maunt “qırmızı şeytanlar”ın yeni mövsümlə bağlı iddiaları haqda danışıb.
Arena.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“Əlbəttə, qənimətlər qazanmağa qadir komandamız var və bu, ən vacib məqamdır. Biz bunu etməyə çalışacağıq və diqqətimizi bu məqsədə yönəltməyə davam edəcəyik. Çünki burası “Mançester Yunayted”dir, biz isə ölçünü mümkün qədər yüksək tutmalıyıq”, deyə Maunt vurğulayıb.
Xatırladaq ki, Meyson Maunt “Çelsi”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Mançester Yunayted”ə 2023-cü ilin iyul ayında 64,2 milyon avro müqabilində elə, “zadəganlar”ın düşərgəsindən keçib. Mauntun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024 mövsümündə Maunt “Mançester Yunayted”in heyətində 20 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə verib.
Meyson karyerası ərzində “Derbi Kaunti”, “Vitess” kimi klublarda da forma geyinib.
Maunt 2019-cu ilin sentyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 36 oyuna 5 qol, eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı Meyson Mauntu 35 milyon avro məbləğində qiymətləndirir.