İngiltərənin “Mançester Yunayted” klubunun hücumameyilli yarımmüdafiəçisi Meyson Maunt zədəsini sağaldaraq kollektiv məşqlərə qoşulub.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 25 yaşlı ingilis yarımmüdafiəçi avqustun sonunda diz bağından zədə almışdı.
Xatırladaq ki, Meyson Maunt “Çelsi”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Mançester Yunayted”ə 2023-cü ilin iyul ayında 64,2 milyon avro müqabilində elə, “zadəganlar”ın düşərgəsindən keçib. Mauntun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Maunt “Mançester Yunayted”in heyətində 5 oyuna çıxıb, fərqlənə bilməyib. O, “qırmızı şeytanlar”la bütövlükdə 25 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Meyson karyerası ərzində “Çelsi”, “Derbi Kaunti”, “Vitess” kimi klublarda da forma geyinib.
Maunt 2019-cu ilin sentyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 36 oyuna 5 qol, eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı Meyson Mauntu 35 milyon avro məbləğində qiymətləndirir.