“Jirona”nın baş məşqçisi Miçel Anxel La Liqanın 24-cü turunun mərkəzi oyununda səfərdə “Real”a məğlubiyyətindən (0:4) danışıb.
Arena.az “Marca” nəşrinə istinadən, ispan mütəxəssin bu barədə fikirlərini təqdim edir:
“Biz lazımi səviyyədə oynamadıq, amma öz komandamı heç nədə qınaya bilmərəm. Bu kimi oyunlar tərəqqiyə kömək edir. İnanılmaz bir mövsüm keçiririk. Amma bu, bizim La Liqa deyil. Bu mövsüm qalib gələ biləcəyimizi heç hiss etmədim. Hələ də elə bil yuxudayıq. Dünyada ancaq dörd-beş komanda bu səviyyədə “Real”la rəqabət apara bilər. Bu klub çox yüksək səviyyəyə malikdir”, – deyə Miçel Anxel bildirib.
Mərkəzi oyunda vacib qələbə sayəsində “Real” La Liqanın turnir cədvəlində mövqeyini möhkəmlədib. “Kral klubu” 24 oyundan 61 xalla liderdir. “Jirona” isə 56 xalla 2-ci pillədə qalıb.