“Jirona”nın ispan baş məşqçisi Miçel Anxel UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda keçirilmiş PSJ ilə oyunu şərh edib.
Arena.az xatırladır ki, bu oyun İspaniya klubu üçün qitənin ən mötəbər klub yarışında debüt olaraq əlamətdar olub.
PSJ doğma tribunlar önündə qələbəsini oyunun 90-cı dəqiqəsində “Jirona”nın argentinalı qapıçısı Paulo Qassaniqanın topu öz qapısına göndərməsi ilə bayram edib – 1:0.
“Özümüzü yaxşı göstərdiyimizi düşünürəm. Biz təvazökar klubuq və bu, Çempionlar Liqasında ilk çıxışımızdır. Üzərimizə düşən vəzifəni isə yerinə yetirmişik. Bu oyun gələcəkdə təkmilləşməyimiz üçün bir dərs və bir fürsət olacaq. Xüsusilə ikinci hissədə parislilər daha yaxşı idilər. Ələlxüsus Luis Enrikenin fantastik təpkisi sayəsində bizə çox təzyiq etdilər.
Artıq üç ildir ki, işləyirik. Biz burada olmağa layiqik. Nəticədən azacıq məyus oldum, amma bunu da yaşayıb keçəcəyik”, deyə Miçel bildirib.
3 xal qazanmış PSJ Çempionlar Liqasının ümumi mərhələsinin yarış cədvəlində ələmə mərhələsinə vəsiqə verən 10-cu pillədə qərarlaşıb. Xalsız “Jirona” isə 27-ci pillədədir.