“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 38-ci turunda “Vulverhempton”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 5:0 hesabıyla qalib gəldikləri bu oyunla yanaşı, “Mançester Siti” ilə mübarizədə itirdikləri çempionluqdan da bəhs edib.
“Biz elə, bütün il ərzində oynadığımız kimi, qalib gəlib bu mövsümü bütün mümkün üsullardan ən yaxşısı halında bitirməli idik. Bu, gözəl gün idi. Caka etməli olduğunu və bütün mövsüm etdiyini etdi. O, möhtəşəmdir. Qranit bizim komandanın ayrılmaz hissəsidir. Mən ona ancaq minnətdaram.
Birlikdə klubun ruhu ilə əlaqəni bərpa etdik. Klubun ruhu isə – azarkeşləridir. Bilirik ki, bizim əsas məqsədimiz – bu kluba uğur və qənimətlər qazandırmaqdır. Ancaq məqsədə doğru yolda zövq haqda da unutmaq olmaz.
Biz klubun tarixində üçüncü nəticəyə nail olsaq da, bu çempionatda qalib olmaq üçün yetərli olmadı. Bizə hansı səviyyədəki rəqiblərlə mübarizə aparmaq lazım gəldiyini bilirik. Bu səbəbdən ən yaxşı olmağa çalışmalıyıq”.
Xatırladaq ki, “Arsenal” Premyer Liqanın 38 oyununda 26 qələbə qazanıb. Komanda 6 oyunda heç-heçə edib və eyni sayda məğlubiyyət acısı yaşayıb. “Topçular”ın 26 qələbəsi komandanın 2001/2002 və 2003/2004 mövsümlərindəki nəticənin təkrarıdır. Ancaq cari mövsümdəkindən fərqli olaraq, o zaman londonlular çempionluğu bayram edə bilmişdilər. Artetanın yetirmələri 88 qol vuraraq, 43 qol buraxıblar. Vurulmuş 88 qol da London klubunun Premyer Liqa tarixində ən məhsuldar göstəricisidir. “Topçular”ın 84 xalı çempionluğa yetərli olmayıb. Lider “Mançester Siti” 89 xalla onları qabaqlayıb.
Xatırladaq ki, Mikel Arteta 2019-cu ilin dekabr ayından “Arsenal”a rəhbərlik edir. O, indiyə qədər bu komandanı 179 oyuna çıxarıb – 105 qləbə, 27 heç-heçə, 47 məğlubiyyət.