Mikel Arteta “Brentford” üzərində əzmkar qələbəni şərh etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 19-cu turunda “Brentford”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, “topçular” bu oyunda əzmkar qələbəyə (3:1) seviniblər.

Matçdan sonra baş tutan mətbuat konfransında ispan mütəxəssis bunları dilə gətirib:

“Bu, böyük qələbədir. “Brentford” həqiqətən yaxşı çalışdırıcısı olan çox yaxşı komandadır və evdə çıxışında əla idi.

Oyunun əvvəlində qol buraxdıqda bu, keçilməz maneəyə çevrilir, amma komandam səbrini basdı. Vəziyyəti duyğusal olaraq həll etmək gərək idi.

Biz ikinci hissəyə çox yaxşı başladıq, bundan yararlandıq, cərimə meydançasında isə çox soyuqqanlı idik. Ola bilsin ki, qapımıza doğru azacıq geri çəkilməli olduq, amma biz yaxşı təsir bağışlayırdıq”, deyə Mikel Arteta vurğulayıb.

Arteta “topçular”ın yanvar ayında qış transfer pəncərəsi ilə bağlı planları haqda suala da cavab verib:

“Hazırda biz yalnız ixtiyarımızda olan oyunçuları düşünür və onlardan ən yaxşısı səmərə götürməyə çalışırıq. İndi diqqətimizi öz futbolçularımıza yönəltmişik. Komandamızı çox bəyənirəm və komandaya inanıram, çünki yüksək keyfiyyətli və fədakar oyunçularımız var”.

Mikel Arteta cari mövsümdə İngiltərə Premyer Liqası çempionluğu uğrunda mübarizə haqda da söhbət açıb:

“Biz yalnız növbəti oyunumuzda qalib gələ bilərik və nə baş verəcəyini görə bilərik. Bu, bizim əlimizdə deyil, amma biz bacardığımızı etməliyik”, deyə Arteta vurğulayıb.

Əlavə edək ki, “Arsenal” bütün yarışlar çərçivəsində ardıcıl 12-ci məğlubiyətsiz oyunu keçirib.

Hazırda İngiltərə Premyer Liqasında 18 oyundan 45 xalla “Liverpul” başçılıq edir. 19 oyundan 39 xalla “Arsenal” 2-ci yerdə qərarlaşıb. “Nottingem Forest” 37 xalla 3-cü, “Çelsi” 35 xalla 4-cü yerdədir. İlk beşliyi 32 xalla “Nyukasl” qapayır.