Mikel Arteta “Portu”ya gözlənilməz məğlubiyyəti şərh etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta ÇL-in 1/8 finalının ilk, səfər oyununda “Portu”ya gözlənilməz məğlubiyəytini (0:1) şərh edib.

Arena.az BBC-yə istinadən, ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Sonda oyunu necə əldən verdiyimizdən çox məyus oldum. Komanda vəziyyəti kifayət qədər yaxşı idarə edə bilmədi. Çempionlar Liqasında istənilən vaxt asanlıqla cəzalandırıla bilərsiniz. Əgər qalib gələ bilmirsənsə, o zaman mütləq uduzursan. Qarşılaşmada üstünlük təşkil etdik, amma əzmimiz yox idi.

Biz daha yaxşı oynamalıyıq. Rəqib qapısının yaxınlığında belə fəaliyyətlə qalib gələ bilməzsən. Əgər 1/4 finala yüksəlmək istəyirsənsə, rəqibini məğlub etməlisən və biz bunu “Emireyts”də etməliyik. Bu gün meydanın son üçdə birində təhlükə və aqressiyamız yox idi.

Daha yaxşı oynaya bilərik. Düşünürəm ki, “Portu” müdafiədə çox yaxşı qurulmuş komandadır, daim rəqibin nəbzini pozur. Bu gün biz heç, kimsəyə toxuna belə, bilmədik, çünki istənilən vəziyyətdə cərimə zərbəsi təyin edildi. Çatdırmırdıq, amma dərs çıxarıb, daha yaxşı hazırlaşıb, ikinci oyunda məqsədimizə çatacağıq”, deyə Mikel Arteta əminliklə bildirib.

Xatırladaq ki, bu rəqiblər Çempionlar Liqasının ələmə mərhələsində sonuncu dəfə 14 il əvvəl qarşılaşıblar. Onda komandalar 1/8 final mərhələsində üz-üzə gəlmişdilər. Ev oyununda “Portu” “topçular”ı 2:1 hesab ilə məğlub etsə də, cavab oyununda isə “Arsenal” “əjdahalar”ı 5:0 hesabı ilə “qışqırtmışdı”.

Komandalar arasında cavab oyunu martın 12-də keçiriləcək. “Arsenal” “Emireyts”də “Portu”nu qonaq edəcək.