Mikel Arteta: “Şaxtyor”a düşdüyü vəziyyətə görə çox acıyıram”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın Çempionlar Liqası çərçivəsində qarşılaşacağı “Şaxtyor”la bağlı danışıb.

Arena.az “Arsenal”ın rəsmi saytına istinadən məlumat verir ki, ispan mütəxəssis Donetsk klubunun qarşılaşdığı səfər çətinliklərinə toxunaraq, “Şaxtyor”a təəssübünü ifadə edib:

“Aydındır ki, mən onlara düşdükləri vəziyyətə görə çox təəssüblənirəm. Bunun sizə, bütün ölkəyə, ailələrinizə və ətraf mühitə necə təsir etdiyini təsəvvür edə bilərəm. Yaranmış vəziyyətə dair inanılmaz münasibətləri, həm də nümayiş etdirdikləri səviyyədə futbol oynamağa davam etmək və rəqabət aparmaq üçün etməli olduqları xüsuslar təsiredicidir.

Futbol dünyanın ən vacib işi deyilmi? Xeyr, qətiyyən yox. Xüsusilə də “Şaxtyor”un düşdüyü vəziyyətlə müqayisədə. Amma onlar futboldan həyatı canlandıran bir çox müsbət xüsuslarla istifadə etməyə qərar verdilər.

İdman həm də insanların həyatına sevinc bəxş etmək qabiliyyətinə malikdir və bu, bizim yaxşıca dərk etməli olduğumuz bir xüsusdur”, deyə Mikel Arteta vurğulayıb.

Vurğulayaq ki, Ukrayndada baş verən məlum hadisələr mənzərəsində “Şaxtyor” yer-yurdundan didərgin düşüb. Donetsk klubu ev oyunlarını da səfərdə keçirir.

Xatırladaq ki, Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində “Arsenal” – “Şaxtyor” oyunu bu gün, oktyabrın 22-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başaladacaq.