“Milan” darmadağına sevindi, “Latsio” qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 21-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha beş görüş baş tutub.

“Benevento” – “Sampdoriya” matçında qalib müəyyənləşməyib. “Milan” evdə “Krotone”ni darmadağın edibsə, “Latsio” “Kalyari”ni, “Udineze” də “Verona”nı məğlub yola salıb. Səfərdə “Parma” ilə qarşılaşan “Bolonya” da böyük hesabla qalib gəlib.

İtaliya A Seriyası
21-ci tur
5 fevral

Fiorentina – İnter 0:2
Qol: Barella, 31. Perişiç, 52.

6 fevral

Atalanta – Torino 3:3
Qol: İliçiç, 14. Siriqu, 19-avtoqol. Muriel, 21 – Belotti, 42. Bremer, 45+1. Bonatsoli, 84.

Sassuolo – Spetsiya 2:1
Qol: Kaupto, 25 – Erliç, 39. Qyasi, 78.

Yuventus – Roma 2:0
Qol: Ronaldo, 13. İbanes, 69-avtoqol.

Cenoa – Napoli 2:1
Qol: Pandev, 11; 26 – Politano, 79.

7 fevral

Benevento – Sampdoriya 1:1
Qol: Kaprari, 55 – B.Keyta, 80.

Milan – Krotone 4:0
Qol: İbrahimoviç, 30; 64. Rebiç, 69; 70.

Udineze – Verona 2:0
Qol: Silvestri, 85-öz qapısına. Deulofeu, 90+1.

Parma – Bolonya 0:3
Qol: Barrou, 15; 33. Orsolini, 90+2.

Latsio – Kalyari 1:0
Qol: İmmobile, 61.