“Milan” klubun 125 illiyi şərəfinə yeni geyim dəstini təqdim etdi

İtaliyanın “Milan” klubu 125 illiyinə həsr edilmiş qədimyana üslubda işlənmiş futbol geyim dəstini təqdim edib.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.

Sözügedən komanda bu dəstdən dekabrın 15-də İtaliya A Seriyasının 16-cı turunun “Cenoa” ilə “San-Siro”da keçiriləcək oyununda ilk dəfə istifadə edərək meydana çıxacaq.

Klubun bu münasibətlə yaydığı xüsusi bəyanatda deyilir: “Klubun sadiq azarkeşləri tərəfindən maraqlı yarış zamanı səsvermədə qəbul edilmiş yeni dəst, klubumuzun 1899-cu ildə yarandığı gündən bəri müdafiə etdiyi zamana tabe olmayan üslubu və “Milan” ruhunu təcəssüm etdirir.

Klubun yaranma gününü qeyd etmək üçün bu retro dəstdən cəmi 1899 ədəd istehsal ediləcək. Formaların hər biri özünəməxsus silsilə nömrəsi və xüsusi qablaşdırmaya malikdir. Bu, xüsusi azarkeşlər üçün əsl kolleksiya məhsuludur.

Geniş zolaqlı tərtibat “rossoneri” köynəyi üzərində ilk dəfə 1950-ci illərdə görünüb. Sonralar, xüsusən 1980-ci illərin sonundan etibarən klubun ən rəmzi beynəlxalq qələbələri ilə yanaşı olub.

Dəstdə əks edilmiş döş nişanı, 1899-cu ildə “Milan Futbol və Kriket Klubu” kimi təsis edildiyi vaxtdan bəri, klubun ilk rəsmi gerbinə hörməti ifadə edir. Ənənəyə verilən bu hörmət, bir ingilis olaraq həm futbolu, həm də kriketi təmsil edən klub yaradaraq mədəni irsini gətirmiş Herbert Kilpinin (Kilpin) baxışını əks etdirir.

Köynəyin daxili hissəsində 1980-ci illərdə Milanın rəmzi olmuş “Dyavoletto” (kiçik şeytan) təsvir edilib. Bu, “AC Milan 125” yazısı ilə müşayiət edilir”, – “rossoneri”nin bəyanatında deyilir.

Xatırladaq “Milan” 1899-cu ilin 16 dekabrında (bəzi mənbələrdə 13 dekabr) təsis edilib. “Rossoneri”nin baş məşqçisi portuqal mütəxəssis Paulo Fonsekadır.

Cari mövsümdə İtaliya A Seriyasının 13 turundan sonra 22 xal toplamış “Milan” yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: