Çempionlar Liqasının Liqa mərələsinin “Real”la 4-cü tur səfər oyununda 3:1 hesablı qələbə “Milan” üçün rekordla əlamətdar olub.
Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, İtaliya nəhəngi Avropanın ən mötəbər klub yarışı tarixində “Santyaqo Bernabeu” stadionunda “Real”a qarşı 2 dəfə 3 və ya daha artıq qol vurmuş klub ünvanına sahib olub. “Rossoneri” bundan əvvəl 2009-cu ildə “qaymaqlılar”ı “Santyaqo Bernabeu”da 3:2 hesabı ilə məğlub etmişdi.
4 turdan sonra “Milan” 6 xalla UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlinə 18-ci pillədə qərarlaşıb. “Real” isə 6 xalla 17-ci sıradadır.