“Milan”ın prezidenti A Seriyasının inkişafı haqda həyəcan təbili çaldı

“Milan” prezidenti Paolo Skaroni öz fikrincə, İtaliya A Seriyasının İngiltərə Premyer Liqasına nədə uduzduğunu izah edib.

Arena.az Skaroninin bu barədə fikirlərini təqdim edir:

“Avropanın ən köhnə və ən çirkin stadionlarına sahibik. “Milan” öz stadionunda 35 milyon avro qazanır, Premyer Liqa klubları isə 100 milyon avrodan çox qazanırlar. Bununla yanaşı, mən məsuliyyət daşıyıram. Mən heç vaxt şəhər şurasını inandıra bilməmişəm ki, klubumuza özəl sərmayəçilər tərəfindən ödənilən dünyanın ən yaxşı stadionu nə qədər lazımdır.

A Seriyasında və ümumiyyətlə İtaliya futbolunda baş verənlərdən narahatam! İtaliya bazarında televiziya hüquqları ilə bağlı vəziyyət yaxşı oldu, amma biz hələ də istədiyimizi tam ala bilmirik. Biz televiziya hüquqlarından 200 milyon avro qazanırıq, Premyer Liqa isə 2,2 milyard avro qazanır”, deyə “Milan”ın prezidenti gerçək mənzərəni həyəcanla təsvir edib.