“Milan”la “Napoli” səfərdə, “Roma” evdə sevindi

Futbol üzrə İtaliya A Seriyasında 7-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Sampdoriya” – “Udineze” matçında qalib müəyyənləşməyib. “Bolonya” “Latsio”nu, “Verona” isə “Spetsiya”nı darmadağınla yola salıb.

“Roma” evdə “Empoli”ni sınağa çəkib və inamlı qələbəyə sevinib. Məğlubiyyətsiz lider olan “Napoli” bu dəfə “Fiorentina”nın müqavimətini qırmaqla ardıcıl 7-ci qələbəsini rəsmiləşdirib.

Turun mərkəzi görüşü Berqamoda keçirilib. Turnir cədvəlinin 2-ci sırasında yer alan “Milan” “Atalanta”nın qonağı olub. Beş qolun qeydə alındığı bu görüş qonaqların çətin qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası
7-ci tur
1 oktyabr

Kalyari – Venetsiya 1:1
Qol: Balde, 19 – Busio, 90+2.

2 oktyabr

Salernitana – Cenoa 1:0
Qol: Dyuriç, 66.

Torino – Yuventus 0:1
Qol: Lokatelli, 86.

Sassuolo – İnter 1:2
Qol: Berardi, 22-pen – Dzeko, 58. L.Martines, 78-pen.

3 oktyabr

Bolonya – Latsio 3:0
Qol: Barrou, 14. Teate, 17. Hiki, 68.

Sampdoriya – Udineze 3:3
Qol: Larsen, 24-öz qapısına. Kvalyarella, 48-pen. Kandreva, 69 – R.Pereyra, 15. Beto, 43. Forestyeri, 82.

Verona – Spetsiya 4:0
Qol: Simeone, 4. Faraoni, 15. Kaprari, 42. Bessa, 71.

Roma – Empoli 2:0
Qol: Pelleqrini, 42. Mxitaryan, 48.

Fiorentina – Napoli 1:2
Qol: Martines, 28 – Lozano, 39. Rahmani, 50.

Atalanta – Milan 2:3
Qol: Sapata, 86-pen. Paşaliç, 90+3 – Kalabriya, 1. Tonali, 43. Leao, 78.