Millətlər Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulur

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 5-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə A, B, C və D Liqaları çərçivəsində 9 qarşılaşma baş tutacaq.

Azərbaycan millisinin Estoniya yığmasını qəbul edəcəyi gündə Türkiyə milli komandası da meydana çıxacaq. B Liqasının 4-cü qrupunda yer alan qardaş ölkə təmsilçisi evdə Uelslə üz-üzə gələcək.

A Liqasının 3-cü qrupunda Almaniya doğma meydanda Bosniya və Herseqovina, Niderland isə Macarıstan ilə görüşəcək.

C Liqasının 1-ci qrupunda millimizin rəqibləri İsveç və Slovakiya da münasibətlərə aydınlıq gətirəcəklər.

UEFA Millətlər Liqasında qrup mərhələsinin sonuncu turuna noyabrın 17-də start veriləcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
16 noyabr

A Liqası, 3-cü qrup

23:45. Almaniya – Bosniya və Herseqovina
23:45. Niderland – Macarıstan

Xallar: Almaniya – 10. Niderland – 5. Macarıstan – 5. Bosniya və Herseqovina – 1.

B Liqası, 1-ci qrup

21:00. Gürcüstan – Ukrayna
23:45. Albaniya – Çexiya

Xallar: Çexiya – 7. Gürcüstan – 6. Albaniya – 6. Ukrayna – 4.

B Liqası, 4-cü qrup

21:00. Monteneqro – İslandiya
23:45. Türkiyə – Uels

Xallar: Türkiyə – 10. Uels – 8. İslandiya – 4. Monteneqro – 0.

C Liqası, 1-ci qrup

18:00. Azərbaycan – Estoniya
23:45. İsveç – Slovakiya

Xallar: İsveç – 10. Slovakiya – 10. Estoniya – 3. Azərbaycan – 0.

D Liqası, 2-ci qrup

21:00. Andorra – Moldova

Xallar: Moldova – 6. Malta – 6. Andorra – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: