Millimizə daha iki futbolçu cəlb olundu

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə daha iki oyunçu cəlb olunub.

Arena.az xəbər verir ki, “Qarabağ”dan Vaqif Yeqanov və “Neftçi”nin üzvü Ramin Tağıyev COVID-19 testi verdikdən sonra hazırlıq prosesinə qoşulacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Yeri gəlmişkən, U-19 hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. “Neftçi-2” komandası ilə qarşılaşan milli 0:1 hesabı ilə məğlub olub.