Millimizə namizəd futbolçu ayın ən yaxşısı seçildi

Ukraynanın “Minay” klubunda fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Arena.az xəbər verir ki, komandanın azərbaycanlı hücumçusu Anatoli Nuriyev ötən ayın ən yaxşısı seçilib.

Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu klubun rəsmi “Teleqram” kanalında azarkeşlər arasındakı səsvermədə birinci yeri tutub.

Nuriyev komanda yoldaşları Anton Şinder və Ripo Malepeni qabaqlayıb. Kapitan ardıcıl 4-cü dəfə ayın ən yaxşı futbolçusu seçilir.

Qeyd edək ki, Anatoli Nuriyev və onun komanda yoldaşı Rüstəm Əhmədzadə Azərbaycan millisinə namizəddir.