Millimiz final mərhələsinə vəsiqəni təmin etdi!

Futzal üzrə Azərbaycan milli komandası ötən gecə Moldova ilə oyunda qazanılan qələbə sayəsində Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Arena.az xəbər verir ki, aktivində 12 xal olan komandamız 3-cü qrupun lideridir. Millimiz ən azı ilk iki pillədən birini təmin edib. Bu isə yığmamıza həlledici raunda yüksəlmək imkanı verir.

Azərbaycan yığmasından başqa, Xorvatiya, İtaliya, Rusiya və İspaniya da final mərhələsinə vəsiqəni təmin edib.