Millimiz gürcülərlə ikinci oyundan “sülh”lə ayrıldı

Tiflisdə təlim-məşq toplanışını başa vuran qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, yığmam;z Gürcüstan millisi ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.

Bu komandalar arasında iyunun 11-də keçirilən ilk qarşılaşma millimizin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı.