Millimiz Kişinyovda ilk məşqə çıxdı

Futzal üzrə Azərbaycan millisi martın 6-da Moldovaya yollanıb.

Arena.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu səfərdə Moldova yığmasına qarşı keçirəcək millimiz Bakı-İstanbul-Kişinyov reysi ilə Kişinyova gedib.

Dünən axşam saatlarında Moldovanın paytaxtına çatan futzalçılarımız “Bristol Hotel”də məskunlaşıb.

Komandamız bu gün oyunun keçiriləcəyi Çoreskudakı “Futzal Arena”da ilk məşqini də reallaşdırıb.

Qeyd edək ki, martın 9-da keçiriləcək Moldova – Azərbaycan matçına saat 20:30-da start veriləcək.