Azərbaycan millisi Moldovanı darmadağınla yola saldı

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, yığmamız Bakı İdman Sarayında ən yaxın izləyicisi Moldova seçməsini qəbul edib.

Saat 19:00-da start verilən oyun azarkeşlər və media üçün qapalı olub. Altı qolun qeydə alındığı görüş yığmamızın növbəti qələbəsiylə başa çatıb.

Xatırladaq ki, millimiz əvvəlki turlarda evdə Slovakiyanı 4:1, səfərdə isə Yunanıstanı 3:0 hesabıyla məğlub edib. Bu nəticələrdən sonra komandamız yer aldığı 3-cü qrupda 9 xalla vahid liderdir.

AÇ-nin seçmə mərhələsi
4 mart

Azərbaycan – Moldova 51
Qol: Fineo, 7. R.Fərzəliyev, 14. H.Ahmadi, 15. Bolinya, 27; 40 – S.Takot, 26.
Hakimlər: Giulio Kolombin (İtaliya), Daniel Dadamo (San-Marino), Əli Cəbrayılov (Azərbaycan).
Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan).
Hakim-inspektor: Petrou Antonis (Kipr).
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan).
Bakı İdman Sarayı. Saat 19:00.

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 13. Qalo, 9. Rafael Vilela, 10. Vassura, 19. Cavad Məmmədov (q), 3. Bolinya, 5. Amir Şocaei, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi, 16. Fineo De Arauxo.
Baş məşqçi: Joze Alesio Da Silva.

Moldova: 1. Oleq Çitoroaqi (q), 5. Andrey Neqara, 6. Konstantin Burdujel, 7. Andrian Laşku, 10. Sergey Takot (k), 12. Sergey Burduja (q), 14. Konstantin Qurjui, 3. Konstantin Nita, 4. Sergey Nikolayçuk, 8. Leonid Podlesnov, 9. Marin Stan, 11. Yulian Kojokaru, 2. Aleksandr Çımbalist, 13. Viktor Neqara.
Baş məşqçi: Vladimir Busatı.