Millimiz “Neftçi” ilə də yoxlama oyunu keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir yoxlama oyunu keçirəcəyi müəyyənləşib.

Arena.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda “Neftçi” ilə üz-üzə gələcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Martın 24-də keçiriləcək qarşılaşmaya saat 16:00-da start veriləcək. Oyunun stadionu hələlik müəyyənləşməyib.

Qeyd edək ki, U-21 millimiz martın 20-də “Qarabağ”, martın 27-də “Qaradağ Lökbatan”, martın 29-də isə “Qəbələ” ilə üz-üzə gələcək.